Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

16:00 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın rayonlarında iyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.